İlqar Qurbanov, Sərvət Çətin və Amit Quluzadə
04.01.2011 - 14:36
“Neftçi” klubunun yarımmüdafiəçisi Amit Quluzadə Türkiyənin “Fənərbaxça” klubuna yollanan növbəti azərbaycanlı futbolçu oldu. Apasport.az saytının məlumatına görə, bunadək həmyerlilərimizdən İlqar Qurbanovla Mirkamil Həşimli bu komandanın formasını geyib. İlqar hələ uşaq vaxtından ailəsi ilə birgə Türkiyəyə köçərək, futbolda ilk addımlarını “Fənər”də atdı. Onun yetirməsi sayılan Qurbanov hətta kapitan oldu, Türkiyə yığmasına cəlb olunması ilə gündəmə düşdü. Ancaq sonda yığmamızı seçən 25 yaşlı yarımmüdafiəçiyə “Fənərbaxça”da möhkəmlənmək qismət olmadı. Nəticədə 2004-cü ildə vətənə dönən İlqar türkiyəli baş məşqçi Rasim Karanın dəvəti ilə “Xəzər Lənkəran”a keçdi.
Amit kimi “Neftçi”nin yetirməsi olan Mirkamil 2007-ci ildən “Fənərbaxça”nın heyətində yer alıb. “Milan” klubunun nümayəndələrinin Bakıda seçim prosesi zamanı bəyənərək, İtaliyaya dəvət etdiyi Həşimov “Fənər”in 14 yaşlılardan ibarət komandasında çempion olub.
Hələ İlqarla birgə “Fənərbaxça”da komanda yoldaşı olan Sərvət Çətin Türkiyə vətəndaşı olsa da, əslən azərbaycanlı olması hamıya məlumdur. “Ay-ulduzlular”ın təcrübəli müdafiəçisi məhz “Fənər”də çıxışı ilə tanınıb. 2003-cü ilin sentyabrın 1-dən “Dənizlispor”dan transfer olunan Sərvət orada 2 dəfə ölkə çempionu olub. Məhz “Fənərbaxça”dan yığmaya düşən Çətin indiyə kimi onun üzvüdür. Ancaq zədə üzündən “Fənər”də əsas heyətdə yerini itirən Sərvət əcnəbi müdafiəçilər - uruqvaylı Luqano və braziliyalı Edunun gəlişindən sonra oynamaq şansı lap azaldı. Nəticədə o, 2006-cı ilin avqustun 30-da “Sivasspor”a keçməli oldu.
Azərbaycanlı futbolçuların “Fənərbaxça” ilə əlaqələrindən danışarkən AFFA-nın “Akademiya” (U-15) komandasını da qeyd etməliyik. Belə ki, 2007-ci ilin iyulun 14-də həmin vaxt Təbriz Həsənovun baş məşqçisi olduğu komanda “Fənər”in bazasına yollanmışdı. AFFA prezidenti Rövnəq Abdullayevlə “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 21 yeniyetmə futbolçu İstanbul klubunun bazasında xeyli müddət məşq etdi. Perspektivli futbolçuların “Fənərbaxça”da uzun müddət qalması və peşəkarlığının artırılması nəzərdə tutulmuş, hətta əməkdaşlığının detallarını müzakirə etmək məqsədilə AFFA-nın baş katibi Elxan Məmmədov da İstanbula getmişdi.18 yaşlı Quluzadənin “Fənərbaxça”dan aldığı dəvət də həmin əməkdaşlığın növbəti bəhrəsidir.
Klublarımızın avrokuboklar tarixinin də məhz “Fənərbaxça” ilə bağlılığı var. Belə ki, qitə miqyaslı turnirdə ölkəmizin ilk təmsilçisi olan “Turan” 1994-cü ilin yayında məhz “Fənər”lə görüşüb. Ancaq avrokuboklar tariximizin bu komanda ilə başlanması bizim üçün çox uğursuz olub. Tovuz klubu avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionundakı ilk oyunda 0:5, bundan 2 həftə sonra Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər arenasındakı cavab görüşündə 0:2 hesabı ilə uduzaraq, mübarizəni qol vurmadan dayandırdı. Avrokuboklarda bizə ilk qolu vuran futbolçu “Turan”ın qapıçısı Nizami Sadıqovu məyus edən Bülənt Uyğun olub ki, indi türkiyəli çalışdırıcı yığmamızın kapitanı Rəşad Sadıqovun oynadığı “Əskişəhərspor” klubunun baş məşqçisidir.
Mehman SÜLEYMANOV

0
0