8 futbolçu terrorçulara dəstək verən aksiyada iştirak edəcək
04.01.2011 - 14:58
İspaniyanın “Real Sosyedad” klubunun futbolçuları qeyri-adi aksiyada iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, San-Sebastyan klubunun 8 oyunçusu – İmanol Aqirreçe, Mikel Qonsales, Berqara, İon Ansotexi, David Surutusa, Mikel Aranburu, Mikel Labaka və Enaut Subikara bask terrorçularına dəstək verməyi qərara alıblar. Bununla da Bask bölgəsini təmsil edən “Real Sosdedad” ictimai terror əleyhinə təşkilatlarının kəskin tənqidinə məruz qalıb. Aksiya bu şənbə Bilbaoda keçiriləcək. O, İspaniya həbsxanalarında məhkum olan ETA terror qruplaşmasının üzvlərinə dəstək xarakteri daşıyır. Dustaqlar Bask ölkəsinə müstəqillik verilməsini tələb edir.
0
0