İkinci heç-heçə - YENİLƏNİB
05.01.2011 - 18:55
İkinci heç-heçə - YENİLƏNİB
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə bu gün II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın iştirakçıları arasında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusla qarşılaşıb.

Sankt-Peterburq şəhərindəki İdman-Konsert Kompleksində baş tutan oyunda qalib müəyyənləşməyib. Bu millimizin ardıcıl ikinci heç-heçəsi olub. Belə ki, komandamız ilk matçda Ukrayna ilə xalları yarı bölmüşdü.

Qrupumuzda mübarizə aparan Çin və Ukrayna yığmalarının bugünkü oyununda isə 2 qol vurulub. Rəqibi 2 cavabsız qol vuran asiyalılar yarışda ilk xallarını qazanıblar.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnir

B qrupu
II tur
ÇİN - UKRAYNA - 2:0
BELARUS - AZƏRBAYCAN - 0:0

1

Belarus

2

1

1

0

2-1

4

2

Çin

2

1

0

1

3-2

3

3

AZƏRBAYCAN

2

0

2

0

1-1

2

4

Ukrayna

2

0

1

1

1-3

1