Aleksandr Starkov “Bakı”ya kimləri gətirir? - FOTO
05.01.2011 - 15:51
Almaniyalı baş məşqçi Vinfred Şaferlə vidalaşmaq üzrə olan “Bakı” klubunda çalışacaq daha bir mütəxəssisin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinə rəhbərlik edəcək Aleksandr Starkov özü ilə birlikdə Latviyadan köməkçi də gətirəcək.
Bu, onunla hələ Moskva “Spartak”ında da çalışmış İqor Klosovdur. Bu məşqçi ötən ilin sonlarında Bakıda keçirilən kütləvi futbol üzrə seminarın iştirakçılarından olub. Klosov həmin vaxt Latviya nümayəndə heyətinin rəhbəri idi.
Latviya mətbuatının iddiasına görə, həm öz ölkəsinin milli komandası, həm də “Bakı”da çalışacaq Starkovun gətirdikləri təkcə Klosov olmayacaq. Belə ki, tanınmış mütəxəssis yaxşı bələd olduğu latviyalı futbolçuları da komandasına cəlb edəcək.
Yığma ilə yanaşı, rəhbərlik etdiyi “Skonto”dan ayrılan Starkovu klubda əvəzləyəcək məşqçi də məlumdur. Bu, onun köməkçilərindən biri olan Yuri Sevlyakovdur. O, ən azı “Birlik kuboku”nda Riqa təmsilçisinə baş məşqçilik edəcək.

0
0