“Bakı”nın futbolçuları 9 il öncə - FOTO
05.01.2011 - 17:10
“Bakı”nın futbolçuları 9 il öncə - FOTO
“Bakı” klubunun legionerləri Stefan Borbikoni ilə kamerunlu Joel Epalle 8 il öncə görüşüblər. Apasport.az saytının məlumatına görə, ötən yay transfer olunan əcnəbilər hələ 2002-ci ildə qarşılaşaraq, yaşıl meydanda rəqib olublar.

Bu, Fransanın “Mets” klubu ilə Kamerun yığması arasında keçirilən yoldaşlıq görüşü zamanı baş verib. Fransalı müdafiəçi Borbikoni yetirməsi olduğu “Mets”ə hazırda da müqavilə ilə məxsusdur və “Bakı”ya mövsümün sonuna kimi icarəyə verilib. Yarımmüdafiəçi Epalle isə olimpiya çempionluğu qazandığı Kamerun yığmasının heyətində vaxtilə əsas futbolçulardan olub.

Maraqlıdır ki, 9 il öncəki oyun zamanı Kamerun yığmasının baş məşqçisi Vinfred Şafer olub. O, rəhbərliyi altında oynadığı Epalleni və rəqib olan Borbikoni “Bakı”ya gətirdi. Bununla da legionerlər ölkəmizdə komanda yoldaşı oldular. Ancaq onların yolları ayrılacaq. Çünki Şaferi istefaya göndərmək istəyən “Bakı” Epalleni transferə çıxarsa da, inamlı oyunu, məhsuldarlığı ilə seçilən Borbokini komandanın futbolçusu olaraq qalır.

Atanur CƏFƏRLİ