“Xəzər Lənkəran”ın ilk transferi: Hər şey rəqabətdən asılı olacaq
05.01.2011 - 17:56
“Xəzər Lənkəran” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, cənublular Elnur Abdullayevlə 2 illik müqavilə imzalayıblar. Yarımmüdafiəçi 2012-ci ilin dekabrı 31-dək “Xəzər Lənkəran” formasını daşıyacaq.
Əvvəllər “Neftçi”, “Bakı”, “Muğan” kimi klublarda çıxış etmiş Abdullayev özü də müqavilə imzalanmasını təsdiqləyib: “İnşallah, sabah və ya biri gün anlaşmamız rəsmiləşəcək. Əslində, müqavilə imzalamışam. Qalıb notariusda təsdiqləmək. “Xəzər Lənkəran”dan pul alıb “Muğan”a verəcəyəm və transfer vərəqimi alacam. Kompensasiya elə bölünüb ki, burda heç kimə yük düşmür”.
“Xəzər Lənkəran”dan başqa, bir neçə komandadan da təklif alan yarımmüdafiəçi seçimini belə izah edib: “Komandanın taktikasını bəyənirəm. “Xəzər Lənkəran”da topla oyuna daha çox üstünlük verirlər. Təbii ki, bu da seçimimə təsir göstərdi. Heç kim mənə söz verməyib ki, start heyətində oynayacaqsan. Rəqabət aparacam. Hər şey rəqabətdən asılı olacaq”.

- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
0
0