Elxan Məmmədov: Layihənizi bəyəndik və dəstəkləyəcəyik - MÜSAHİBƏ
06.01.2011 - 10:00
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Milli komandamızın Danimarka ilə Dubayda nəzərdə tutulan yoldaşlıq görüşünün baş tutmamağına nə səbəb oldu?
- Bildiyiniz kimi, yanvarın 27-dən fevralın 9-dək yığmamızın Dubayda təlim-məşq toplanışı olacaq. Danimarkalılar da həmin vaxt gəlməyi planlaşdırırdılar. Biz də planlaşdırırıq ki, gəlsələr, yoldaşlıq görüşü keçirək. Təəssüflər ki, onların hazırlıq təqvimində dəyişiklik edildi və bu səbəbdən oyun baş tutmayacaq.
- Danimarka Futbol Federasiyası ilə danışıqlar aparıldığından, ola bilərmi ki, gələcəkdə Bakıda və ya Kopenhagendə yoldaşlıq görüşü keçirilsin?
- Sözün düzü, danışıqlar Dubaydakı təlim-məşq toplanışı çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunla bağlı gedirdi. Təbii ki, gələcəkdə ola bilər. Çalışacağıq ki, Danimarka ilə ya səfərdə, ya da Bakıda yoldaşlıq görüşü keçirək. Ancaq hələlik bununla bağlı müzakirə aparılmayıb.
- Danimarkanın imtinasından sonra yığmamızın hansı rəqiblə qarşılaşacağı maraqlıdır...
- Açığı, bizim üçün əsas fevralın 9-a yoldaşlıq görüşü üçün rəqib tapmaq idi. Bildiyiniz kimi, həmin tarixdə Dubayda Macarıstan yığması ilə oynayacağıq. Bundan qabaq bir milli komanda ilə yoldaşlıq görüşü keçirməyə çalışacağıq. Ancaq əsas ayın 9-u idi və buna da rəqib var.
- Danışıqlar apardığınız ölkələr varmı?
- Hələlik yox.
- Ola bilərmi ki, millimiz yalnız Macarıstanla keçiriləcək görüşlə kifayətlənsin?
- Təbii ki, ola bilər. Sadəcə, Danimarka ilə danışıqlar aparanda fevralın 9-a planlaşdırırdıq. Sonra bildik ki, onlar Dubaya bir az tez gəlirlər. Biz də 10 gün təlim-məşq toplanışında olmağı planlaşdırırdıq. Ona görə də düşündük ki, bu fürsətdən yararlanıb, güclü rəqiblə yoldaşlıq görüşü təşkil edək. Bu səbəbdən həmin oyunu təşkil etmək istəyirdik. Ancaq Macarıstan yığması ilə yoldaşlıq görüşü təsdiqlənəndən sonra bir daha oynayıb-oynamamaq artıq bizim seçimimiz idi.
- Xarkovun “Metallist” klubu ilə yoxlama oyunu planlaşdırılıb...
- Bu, yoldaşlıq görüşü yox, ikitərəfli, daha çox məşq xarakterli oyun olacaq. Dubayda başqa kiminləsə oynayıb-oynamayacağımıza bir həftəyə aydınlıq gələcək.
- Hazırda vətənində olan milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts birbaşa Dubaya gələcək?
- Çox güman ki, hə.
- Dubay toplanışına cəlb olunan, ölkədən kənarda oynayan futbolçularımızın gəlişində problem olmayacaq ki?
- İndi bunu deyə bilmərəm. Artıq onların klubları ilə təmas saxlamışıq. Təbii ki, fevralın 9-u FİFA-nın “pəncərəsi”ndə yoldaşlıq görüşləri üçün tarix olduğundan, Macarıstanla oyuna gəlməkdə problem olmamalıdır. Klublar yoldaşlıq görüşünə 2 sutka qalmış futbolçunu yığmaya buraxmalıdırlar.
- Saytımızın 100 ilin rəmzi komandası ilə bağlı layihəsinə rəsmi münasibətinizi bildirməyinizi istərdik...
- Layihənizi bəyənmişik və çox güman ki, dəstəkləyəcəyik. Sizinlə danışıqlar apardıqdan sonra bəlkə müəyyən qədər düzəlişlər də etdik. Protokol imzalayıb, bu layihəni birgə icra edərik.
- Bu il futbolumuzun 100 illik yubileyidir və onunla bağlı ölkəmizdə möhtəşəm tədbir keçiriləcək. Tədbirin tarixi və məkanı təxminən müəyyənləşibmi?
- Bunun hamısını deyəcəyik.
- Dünyada tanınmış futbol adamları ilə danışıqlar aparırsınız. Bununla bağlı vəziyyət nə yerdədir?
- Bəli, danışıqlar gedir. Narahat olmayın, hamısı barədə məlumat verəcəyik.
- Yaxınlarda?
- Bəli, növbəti 50 gün ərzində.
- Azərbaycanda keçiriləcək 17 yaşlı qızlardan ibarət yığmalar arasında dünya çempionatının final mərhələsinin talismanı ilə bağlı namizədləri FİFA-ya göndərdiniz?
- Bəli. Hələlik FİFA-nın tövsiyələrini gözləyirik. Təbii ki, bunu alandan sonra mətbuata açıqlama verəcəyik.
- FİFA cavabını nə vaxta göndərəcək?
- Hesab edirəm ki, növbəti 90 gün ərzində.
- Onlar arasında saytımızın namizədi olan “Tıq-tıq” xanım da vardı?
- Təbii ki.
- Ümumiyyətlə, bu talismanla bağlı fəallıq böyük idi?
- Bəli, ən çox “Tıq-tıq” xanımla bağlı idi. Çox adam məhz bu talismanı istəyərək, dəstəkləyir.
- AFFA-nın rəhbər şəxslərindən biri kimi, talismanla bağlı sizin namizədiniz hansıdır? Sizcə, hansı daha münasibdir?
- Hesab edirəm ki, bu dünya çempionatı ilə bağlıdırsa, “Tıq-tıq” ən münasib olardı. Çünki bu, qızlar arasında dünya çempionatıdır və bundan başqa, “Tıq-tıq” xanımı Azərbaycanda çox tanınmış bir talisman kimi istifadə edə bilərik. Onu hamı tanıyır.
Mehman SÜLEYMANOV

0
0