“Everton” rəsmiləri Bakıda!
06.01.2011 - 00:07
“Everton” klubunun Beynəlxalq Əlaqələr və Futbol Departamentinin rəhbəri David Harrisonun başçılıq etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya gələcək. Ertəsi gün İngiltərə təmsilçisinin rəsmiləri “Neftçi” klubunun rəhbərliyi ilə görüşəcəklər. Bu barədə apasport.az saytına məlumat verən komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib ki, elə həmin gün, yanvarın 7-si saat 12:00-da "Trend" İnformasiya Agentliyində mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, ingilislərin səfəri "Neftçi"nin futbolçusu Araz Abdullayevin "Everton"a keçidi ilə bağlıdır.
Qeyd edək ki, ingilislərin səfəri "Neftçi"nin futbolçusu Araz Abdullayevin "Everton"a keçidi ilə bağlıdır.
0
0