“Muğan” ilk transferlərini reallaşdırıb
06.01.2011 - 10:15
Salyanın “Muğan” klubu ilk transferlərini reallaşdırıb. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında iki gənc yerli futbolçunu heyətinə cəlb etdiklərini bildirib. Bunlar cari mövsümü MOİK-də keçirən kapitan, müdafiəçi Fərid Həşimzadə və yarımmüdafiəçi Anar Qasımovdur: “Fərid icarə əsasında oynayırdı. O, müqavilə ilə “Neftçi”yə məxsusdur. Ancaq biz onu icarəyə götürmək yox, birdəfəlik almaq istəyirik. Yəqin ki, “Neftçi”nin Fəridin transfer vərəqəsini verməsində problem yaranmaz. Anar isə sərbəst futbolçudur. Hər iki yeni futbolçu ilə bu gün müqavilə imzalayacağıq. Onlarla anlaşmanın müddəti il yarım nəzərdə tutulub. Komandamızdan gedən yalnız Elnur Abdullayevdir. Ancaq yenə gələnlər olacaq. Bunlar arasında legionerlər var. Onlar yanvarın 12-dən düşərgəmizə gələcəklər”.
Qeyd edək ki, Anar MOİK-in cari mövsümdə yeganə qələbəsində böyük rol oynayıb. O, məhz “Muğan”a evdə 3:2 hesabı ilə qalib gəldikləri oyunda etdiyi dublla əsas pay sahibi olub.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Anar MOİK-in cari mövsümdə yeganə qələbəsində böyük rol oynayıb. O, məhz “Muğan”a evdə 3:2 hesabı ilə qalib gəldikləri oyunda etdiyi dublla əsas pay sahibi olub.
Mehman SÜLEYMANOV
0
0