Dayanacaqda danışılmış oyun
06.01.2011 - 10:42
Lixtenşteyn və Finlandiya milli komandaları arasında oyunun hakimini almaqda ittiham olunan şəxs ifadə verib. Apasport.az saytının məlumatına görə, bununla da DÇ-2010-nun seçmə mərhələsinin Azərbaycan yığması ilə eyni qrupunda yer alan komandaların görüşündə baş verənlərin təfərrüatı məlum olub. Belə ki, hadisənin əsas təşkilatçısı kimi saxlanılan Ante Sapina Bosniya və Herseqovinadan olan hakim Nado Paniçi necə aldığını açıqlayıb.
Sapina bildirib ki, Sarayevo otellərinin birinin yaxınlığındakı dayanacaqda hakimlə görüşərək məsələnin detallarını razılaşdırıb. 2009-cu il sentyabrın 9-da baş tutan qarşılaşma 1:1 hesabı ilə nəticələnib və hər 2 qol fasilədən sonra vurulub. Elə Antenin hakimdən istədikləri də bunlar olub.
Qeyd edəık ki, Paniç ömürlük futboldan kənarlaşdırılıb.

0
0