Robertas Poşkus “Birlik kuboku”nda oynamayacaq
06.01.2011 - 10:17
Bakının “İnter” klubu ölkəmizi təmsil etdiyi “Birlik kuboku” turniri üçün iştirak ərizəsini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu 22 nəfərlik iştirak ərizəsini Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yarışın təşkilatçılarına göndərib. Bunlar arasında ən diqqəti çəkən məqam “İnter”in bombardiri Robertas Poşkusun yoxluğudur. Litva yığmasının hücumçusunun iştirak ərizəsindən kənarda qalması onun turnirdə iştirakına imkan vermir.
Əvəzində komandanın baş məşqçisi Kaxaber Sxadadze hücumçu oğlu Baçananı sifariş vərəqəsinə daxil edib. Onunla birgə cari mövsümdə “Simurq”a icarəyə verilən, ancaq hələ I dövrənin sonunda geri qaytarılan Tofiq Mikayılov da heyətdə var. Yalnız Poşkusun həmyerlisi Paulius Paknis də iştirak ərizəsində yoxdur ki, bu da “Simurq”dan Sxadadze və Mikayılov kimi icarədən qayıdan müdafiəçinin “İnter”ə lazım olmadığı deməkdir.
Qapıçılar: Georgi Lomaya, Dmitri Kramarenko, Səlahət Ağayev
Müdafiəçilər: Danildo Assioli, İlia Kandelaki, Filip Despotovski, Kaxaber Mjavanadze, Valeri Abramidze, Arif Daşdəmirov, Vladimir Levin, Asif Mirili
Yarımmüdafiəçilər: David Odikadze, Bronislav Çervenka, Dmitri Kruqlov, Petar Zlatinov, Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov, Şəhriyar Rəhimov, Daniel Genov
Hücumçular: Girts Karlsons, Baçana Sxadadze, Tofiq Mikayılov
Qeyd edək ki, çempionumuz turnirdə oyunlarını yanvarın 15-də “Neftçi” (Qırğızıstan), 16-da “İstiqlal” (Tacikistan) və 18-də “İskra-Stal” (Moldova) ilə keçirəcək.

0
0