“İnter”in rəqibi 5 futbolçu ilə yollarını ayırdı
06.01.2011 - 10:51
Son Azərbaycan çempionu “İnter”in “Birlik kuboku” turnirində rəqibi olan Moldovanın “İskra-Stal” klubunda heyətində ciddi dəyişiklər baş verib. Apasport.az saytının məlumatına görə, Rıbnitsa təmsilçisi 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. Bunlar Artyom Qaydukoviç, Maksim Mixalev, Aleksandr Feşenko, Oleq Jurka və Vitali Bulatdır. Onların hamısının klubla müqaviləsi bitib.
Aleksandr Popoviçlə Andrey Novikovun da “İskra-Stal”la anlaşması başa çatsa da, onlar yeni müqavilə imzalayıblar. Hazırda Moldova yığmasının bazası olan Vadul-luy-Vodedə yerləşən komanda bir neçə potensial futbolçunu nəzərdə keçirir.

0
0