Apasport.az-ın seçimi yenə düz çıxdı
06.01.2011 - 10:55
Apasport.az-ın seçimi yenə düz çıxdı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il üçün dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, keçən yay İspaniya yığmasının baş məşqçisi kimi dünya çempionluğunu qazanan Visente del Boske ən yaxşı olub.

İspaniyalı mütəxəssis 298 xal toplayıb. Onun izləyiciləri son dünya çempionatının ən güclü yığmasının çalışdırıcısı olub. Bunlar Joahim Löv (Almaniya, 168), Bert van Marveyk (Hollandiya, 125) və Oskar Tabaresdir (Uruqvay, 98).

Qeyd edək ki, qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev ardıcıl 3-cü dəfə qalibi düz tapır. O, bundan əvvəlki səsvermələrdə - dünyanın ən yaxşı məşqçisi (Joze Mourinyo) və ən yaxşı qapıçısı (İker Kasilyas) ilə bağlı sorğularda 1-ci yeri doğru müəyyənləşdirmişdi.

Maraqlıdır ki, Xeyrullayev budəfəki sorğuda ilk 4 məşqçinin adlarını düz müəyyənləşdirib. Fərq ondadır ki, əməkdaşımız 2-ci və 3-cü yerləri dəyişik salaraq, müvafiq olaraq Marveyk və Lövü ardıcıl göstərib.

Mehman SÜLEYMANOV