“Neftçi”&“Xəzər Lənkəran”: Yerdə rəqib, göydə yoldaş
06.01.2011 - 11:40
“Neftçi”&“Xəzər Lənkəran”: Yerdə rəqib, göydə yoldaş
Azərbaycan futbolunun prinsipial rəqibləri, Unibank Premyer Liqasının cari mövsümünün liderləri olan “Neftçi” və “Xəzər Lənkəran” bir araya gələcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin 2 ən güclü komandası meydanda rəqib olsalar da, bu onların yol yoldaşlığına problem yaratmayacaq.

Belə ki, barışmaz rəqiblər Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına bir yerdə yollanacaqlar.

Yanvarın 10-da Bakını tərk edəcək “Neftçi” və “Xəzər Lənkəran” İstanbula eyni təyyarədə uçacaq. Səmaya saat 05:25-də qalxacaq təyyarənin göyərtəsində hər iki komandanın üzvləri olacaq.