“Deyilənlərə görə, legioner limiti yenə azaldılacaq” - FOTO
07.01.2011 - 00:05
“Muğan”la söhbətim olub. Ancaq “İnter”lə anlaşmam yayda başa çatacaq. Mən də indi hansısa komanda ilə müqavilə imzalamaq istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Camal Məmmədov deyib.
Yayda paytaxt təmsilçisi ilə anlaşan, amma baş məşqçi Kaxaber Sxadadze tərəfindən şans verilməyən futbolçu transferə çıxarılıb. İndi Məmmədov “transfer pəncərəsi”ndən istifadə edib, özünə yeni klub tapmalıdır. Təbii ki, onu heyətinə qatmaq istəyən komanda “İnter” rəhbərliyi ilə də masa arxasına əyləşməlidir. Ancaq yarımmüdafiəçi indi daha çox icarə əsasında hansısa komandanın formasını geyinməkdə maraqlıdır: “Muğan” ən azı bir illik müqavilə təklif edir. Lakin indi hansısa komanda ilə anlaşmaq istəmirəm. İcarə əsasında yaya qədər başqa klubun formasını geyinə bilərəm. Bu alınmasa, onda 6 ay futbolsuz qalacağam”.
Maraqlıdır, Camal niyə real təklif aldığı halda, niyə hansısa klubla müqavilə imzalamaq istəmir? Sualımızı futbolçu belə cavablandırdı: “Yayda çox şey dəyişə bilər. Həm də deyilənlərə görə, legioner limiti yenə azaldılacaq. Buna görə də, uzunmüddətli müqavilə imzalamaq istəmirəm”.

0
0