Amit Quluzadə: Məni “Fənərbaxça”da çoxdan tanıyırlar - MÜSAHİBƏ
06.01.2011 - 18:19
Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Amit Quluzadənin apasport.az saytına müsahibəsi
- “Fənərbaxça” klubunun rəsmi dəvəti ilə bir neçə gün Türkiyədə oldunuz. Səfərlə bağlı təəssüratlarınızı bilmək istərdik....
- Razı qaldım. Səfər gözlədiyimdən də yaxşı keçdi. İnşallah, rəsmi müqavilə bağlanandan sonra daha geniş danışarıq.
- Məşqlərdə zədəyə görə iştirak etmədiniz?
- Bəli, məşqə çıxmamışam. Təklifin necə olduğunu öyrənməyə getmişdim. Bununla bağlı danışığımız oldu.
- Sizi transfer etmək fikirləri ciddidir?
- Onu deyə bilərəm ki, hələ ayağımda zədə olduğu üçün 2-3 ay “Fənərbaxça”nın əvəzedici heyətində məşq edəcəyəm. Sonradan tədricən əsas komanda ilə məşqlərə başlayacağam. İnşallah, gələn mövsümdə əsas komanda ilə hazırlığa çıxacağam. Söhbət belə olub.
- “Fənərbaxça” sizinlə uzun müddətli müqavilə bağlamaq istəyir?
- Bəli.
- Anlaşma gələn həftə reallaşa bilər?
- Hələ dəqiq bilmirəm. Sadəcə, müqavilə ilə “Neftçi”nin futbolçusuyam və hər şey klublar arasında həll olunmalıdır. Bundan sonra açıqlama veriləcək və öyrənəcəksiniz.
- Belə çıxır ki, “Fənərbaxça” sizi baxışdan keçirmədən müqavilə bağlamaq istəyir. Maraqlıdır, sizi harada görüb bəyəniblər?
- Milli komandanın oyununda. Azərbaycan çempionatını da izləyiblər və əsas Bakıdakı oyunlardan sonra məni transfer etməyə qərar veriblər. Mən bir dəfə “Fənərbaxça”da olmuşam. Hardasa 3 il əvvəl. Sadəcə, həmin vaxt aşağı yaş qruplarında başqa ölkələrin futbolçuların oynamasına icazə vermirdilər. Yəni, məni orada çoxdan tanıyırlar, bu, indinin işi deyil.
- Yəni, məsələyə yenidən qayıdıb, transferi gerçəkləşdirmək istəyirlər...
- Bəli. “Fənərbaxça”da ilk dəfə olduğum vaxtdan sonra məni izləyiblər. Komandanın baş məşqçisi Aykut Kocamanın, hamının məndən xəbəri var. Artıq qərar veriblər ki, məni transfer etsinlər.
- Kocamanla görüşünüz oldumu? Ümumiyyətlə, “Fənərbaxça”dan konkret kiminlə danışıq aparmısınız?
- Komandanın məşqləri dünən başlayıb. Mən o vaxta kimi vətənə döndüm. Kocamanla görüşməmişəm, ancaq klub rəhbərliyindən 2 nəfərlə danışığımız olub. Ancaq adlarını çəkməyəcəyəm. Onlarla görüşüm, söhbətim “Fənərbaxça”nın prezidenti Əziz Yıldırıma deyilib. Mən bunun şahidi oldum.
- Zədəniz gözlənilməz oldu. Bu problemlə nə vaxt üzləşdiniz?
- Noyabrın 28-də “Qarabağ”la oyunda. Topuq nahiyəmdə əzələ bağlarından biri qırıldı. Bunu qabaqcadan bilməmişdik, sonradan məlum oldu. Gözləyirdik ki, ciddi olmaz, tezliklə sağalaram. Ancaq artıq ay yarımdır zədəm hələ tam düzəlməyib.
- Ancaq zədəli olmağınıza baxmayaraq, “Fənərbaxça” sizin xidmətinizdə maraqlıdır...
- Sizə onu deyim ki, “Fənərbaxça” məni sağaltmaq istəyirdi. Ancaq dedim ki, lazım deyil. Gedim klubla danışım, sonra gələrəm sağaldarsınız.
- Ola bilərmi ki, “Fənərbaxça” nümayəndələri yaxın vaxtda Bakıya konkret danışıqlara gəlsin?
- Vallah, hər şey ola bilər. Hər şeyə iki klub arasında danışıqdan sonra aydınlıq gələcək.
- “Neftçi” rəhbərliyi ilə görüşmüsünüz?
- Bəli. Sağ olsunlar, prezidentimiz Sadıq Sadıqov başda olmaqla, hamısı mənə böyük dəstək verirlər. Onlar da sevinirlər ki, “Fənərbaxça” futbolçumuz oynayacaq. Nəinki orada, Avropada azərbaycanlı futbolçunun səsi gəlsə, bu, tək bizə yox, bütün Azərbaycana başucalığı gətirəcək.
- “Neftçi” yanvarın 10-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedir. Həmin vaxt komandanızla səfərə çıxacaqsınız?
- İndidən desəm ki, yüz faiz gedirəm, yalançı olaram. Ola bilsin ki, getməyim.
- Belə başa düşdük ki, bir müddət “Fənərbaxça”nın əvəzedici komandasında oynamaq sizi qane edir...
- Sonda “Fənərbaxça”nın məqsədi məni əsas komandaya cəlb etməkdir. Kocamanla danışıblar, fikirləri budur. Biz Türkiyədə çox məsələləri aydınlaşdırdıq. Yoxsa heç bir klub məni əvəzedici heyətinə götürməz. Əsas komandaya lazım olmasaydım, məni neyləyirdilər?
- Ancaq onu da nəzərə alaq ki, əsas komandada həm rəqabət güclüdür, həm də Türkiyə Superliqasında legioner limiti var. Yəni, bizim futbolçular da orada legioner sayılır. Siz özünüzü rəqabətə hazır sayırsınız?
- Əlbəttə ki. Hazır saymasaydım, orada nə işim vardı.
- “Fənərbaxça”da şərait necədir? Orada futbolumuz, oyunçularımız haqda sizdən nəsə soruşdularmı?
- Şərait çox yüksək səviyyədədir. Ancaq onu deyə bilərəm ki, konkret hansısa futbolçumuzun adı çəkilmədi.
Mehman SÜLEYMANOV

0
0