Dortmund “Borussiya”sında azərbaycanlı futbolçu
06.01.2011 - 19:00
Bundesliqanın lideri olan Dortmund “Borussiya”sı növbəti transferini gerçəkləşdirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Yurgen Klopp İran millisinin 20 yaşlı hücumçusu Kərim Ənsərifərdi komandasında görmək istəyir.
“Borussiya”nın transfer gündəminə düşən gənc istedad hazırda “Saypa” klubunda çıxış edir. Bu komandada 78 oyuna 26 qol vuran bombardir elə məhsuldarlığına görə də dortmundluların diqqətini cəlb edib.
Əslən Ərdəbildən olan İran azərbaycanlısı yaşının az olmasına baxmayaraq, millidə 13 oyuna 2 qol vurub.

0
0