Starkov yanvarın 8-də Bakıya gəlir
06.01.2011 - 19:10
Starkov yanvarın 8-də Bakıya gəlir
“Bakı” klubunun baş məşqçisi təyin olunacağı gözlənilən Aleksandr Starkovun Azərbaycana gəlişinin tarixi məlum olub. Apasport.az saytının məlumatına görə, latviyalı mütəxəssis klub rəhbərliyi ilə danışıqları yekunlaşdırmaq üçün paytaxtımıza təşrif buyuracaq. Bu səfər yanvarın 8-də gerçəkləşəcək. Starkovla “Bakı” arasında müqavilənin də elə birisi gün imzalanacağı gözlənilir.