“Xəzər Lənkəran”ın rekordçusu “Atırau”ya keçə bilər - FOTO
07.01.2011 - 00:20
“Xəzər Lənkəran”ın rekordçusu “Atırau”ya keçə bilər - FOTO
Bir müddət öncə “Xəzər Lənkəran” klubunun transferə çıxardığı Radomir Todorov karyerasını Qazaxıstanda davam etdirməyə yaxındır. Apasport.az saytının xəbərinə görə, bolqarıstanlı futbolçu həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubuna keçə bilər.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi 3,5 il cənub təmsilçisinin şərəfini qoruyub. Bu komandada 124 oyun Todorov “Xəzər Lənkəran”nın rekordçu legioneri idi.