“Onu yığmaya çağırsaq da, İbrahimoviçin yolu ilə getdi”
07.01.2011 - 10:28
“Vladimir Qranatkinin xatirə turniri həmişə çox nüfuzlu yarış olub. Mənim vaxtımda, xüsusilə, SSRİ-nin birinci və ikinci yığmaları arasında oyunlar gərgin keçirdi. Yaşca 1 il kiçik olanlar “qocalar”a uduzmaq istəmirdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının baş məşqçisi Vəli Qasımov deyib.
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə ölkəmizi təmsil edən 42 yaşlı çalışdırıcı vaxtilə futbolçu karyerasını keçirdiyi Rusiyada diqqət mərkəzindən düşmür. Yenə rus həmkarlarımıza müsahibə verən Qasımov iştirak etdikləri turnirin əhəmiyyətindən danışıb: “Turnirin təşkilatçılığı yüksək səviyyədədir. Azərbaycan yığması üçün bu turnirdə iştirak əla məktəbdir. Ümumiyyətlə, yeniyetmə komanda üçün bütün parametrlərə uyğun turnir tapmaq asan deyil. Burada, Sankt-Peterbuqrda hər şey superdir. Yığmamızın baş məşqçisi Berti Foqts onunla Avropa mentalitetində olan azərbaycanlı məşqçinin işləməsini istəyirdi. Şəxsən özü məni dəvət etdi. Mən məşqçi lisenziyasını hələ karyeramı bitirdiyim Portuqaliyada aldım və məşqçilik fəaliyyətimə Sevilyada 12 yaşlılarla başladım”.
Qasımov yeniyetmə futbolçularımızın qarşısına milli komandanın taktiki sxemi ilə oynamağın məqsəd qoyulduğunu bildirib: “Fikrimcə, mən məhz bu məqsədlə Foqtsun köməkçisi oldum. Yeniyetmələrdən ibarət komandalardan böyüklərə keçidin minimal itkilərlə davam etməsinə çalışmalıyıq. Bizdə istedadlı futbolçular elə də çox deyil ki, heç olmasa bir potensial yığma futbolçusunu itirək. Ona görə də müxtəlif diasporlarda Azərbaycan yığması üçün potensial futbolçular axtarırıq”.
Millimizin məşqçisi son vaxtlar adı ölkəmiz ətrafında hallanan, Bakıda doğulan isveçli Jiloan Hamad haqda da danışıb: “Biz təkcə Rusiyada futbol istedadlarını axtarmırıq. İsveçdən Jiloan Hamadı da dəvət etmişik. Ancaq o, Zlatan İbrahimoviçin yolu ilə gedərək, İsveç yığmasının formasını geymək istəyir. Əgər tapdığımız peterburqlu futbolçularla ortaq məxrəcə gəlsək, onda onların milli komandamızda oynamasından söhbət gedə bilər”.

0
0