AFFA Sissi Rayta yeni vəzifə verdi
08.01.2011 - 00:05
15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sissi Rayt bu postdan ayrılıb. Apasport.az saytının məlumatına görə, buna almaniyalı mütəxəssisə yeni vəzifənin verilməsi səbəb olub.
Bundan sonra Rayt yeni yaradılan, daha doğrusu U-17-yə çevrilən U-15-ə rəhbərlik edəcək.
2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya çempionatının final mərhələsinə komanda hazırlayacaq Raytın U-15-dəki xələfi isə məlum deyil. Belə ki, U-15 yığması U-17-yə çevrildikdən sonra birinciləri əvəzləyəcək komanda da yoxdur.
AFFA-nın artıq fəaliyyətini dayandıran U-15-lə və onun yeni baş məşqçisi ilə bağlı yaxın müddətdə qərar verəcəyi gözlənilir.

0
0