Emil Mpenzanın şərəfinə pul
07.01.2011 - 18:00
Emil Mpenzanın şərəfinə pul
Belçikada üzərində milli komandanın futbolçularının şəkilləri olan xırda pullar buraxılıb. Apasport.az saytının məlumatına görə, bu şərəfə layiq görülən 16 oyunçu arasında Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenza da var.

33 yaşlı futbolçu Lük Nilis, Mark Vilmots, yığmanın indiki baş məşqçisi Jorj Leekens, Franki van der Elst, Filip de Vilde, Entso Şifo kimi məşhur həmyerliləri kimi xırda pulların üzərini bəzəyib.

16 xırda puldan ibarət dəst kolleksiya üçün nəzərdə tutulub və ümumi qiyməti 10 avrodur.