“Futbolçular verdiyim tapşırıqları tam yerinə yetirə bilmədilər”
07.01.2011 - 17:58
“Qələbə münasibətilə rəqibi təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımova məxsusdur.
43 yaşlı mütəxəssis Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə Çin yığmasına məğlubiyyətin səbəblərini açıqlayıb: “Komandamızın oyununa gəlincə, futbolçular verdiyim tapşırıqları tam yerinə yetirə bilmədilər. Təcrübə çatışmazlığı hiss olunurdu. Buna görə də adi epizodlarda ciddi səhvlər buraxırdıq”.
Qeyd edək ki, Çin – Azərbaycan görüşündə asiyalılar 3:0 hesabı ilə qələbə qazanıblar.

0
0