Sadıq Sadıqov: Çoxları buna inanmırdı
08.01.2011 - 00:00
“Təbii ki, Azərbaycan və İngiltərə futbolu arasında böyük fərq var. Lakin tezliklə futbolumuzun inkişaf səviyyəsinin İngiltərədəki kimi yüksək olacağına ümidvarıq. Çünki ölkə rəhbərliyi tərəfindən idmanın bütün növlərinə, o cümlədən futbola diqqət və qayğı göstərilir”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
“Ağ-qaralar”ın başçısı ölkəmizdə səfərdə olan İngiltərənin “Everton” klubunun rəsmiləri Beynəlxalq Əlaqələr və Futbol Departamentinin rəhbəri David Harrisonla İnkişaf Departamentinin rəisi Con Merdoku qəbul edib. Görüş zamanı Sadıqov Araz Abdullayevin “Everton”a transferinə də toxunub: “Futbolun inkişafına dair Dövlət Proqramının müddəaları AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Düzü, çoxları Arazın İngiltərə Premyer Liqasında mübarizə aparan belə bir güclü kluba transfer olunacağına inanmırdı. Sevindirici haldır ki, futbolçumuzun "Everton"a keçidi baş tutdu. İnanıram ki, Araz öz oyunu ilə İngiltərədə həm Azərbaycan futbolunu, həm də "Neftçi"ni layiqincə təmsil edəcək. Araz Abdullayev futbolun vətəninə gedir, indi hər şey onun özündən asılıdır. O, yaxın 2 il ərzində Avropada ulduz futbolçuya çevrilə bilər".
Daha sonra çıxış edən David Harrison isə Araz Abdullayevin "Everton"da xüsusi proqram əsasında hazırlaşacağını və gələcəkdə kluba böyük xeyir verəcəyinə inandığını bildirib. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov gənc yarımmüdafiəçiyə uğurlar arzulayıb, ona daima kömək olacaqlarını vurğulayıb. Öz növbəsində Araz Abdullayev da fikirlərini söyləyib. O deyib ki, "Neftçi"nin prezidentinin xeyir-duası, məsləhətləri ona əlavə güc verir və ümidləri doğrultmaq əzmindədir.
Ardından tərəflər rəsmi müqaviləyə imza atıblar. Görüşün sonunda David Harrison üzərində "Everton" futbolçularının imzası olan xüsusi futbolkanı Sadıq Sadıqova təqdim edib. Azərbaycanın ən köklü klubunun rəhbəri də qonaqlara xatirə hədiyyələri bağışlayıb.

0
0