Ruslan Əmircanov: “Neftçi”də qalacam
08.01.2011 - 00:12
“Hələ heç bir klubla anlaşmamışam. Sözün düzü, transferə çıxarılmağıma baxmayaraq, komandada qalacağıma inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanov deyib.
Cari mövsümdə oynamaq şansı qazana bilməyən futbolçu klubu tərəfindən transferə çıxarılıb. Yığmanın da heyətinə cəlb edilən Əmircanov indi özünə yeni komanda tapmalıdır. Dediyinə görə, onun xidmətində iki klub maraqlıdır: “İki komandadan təklif almışam, biri paytaxt, digəri isə rayon təmsilçisidir. Ancaq qərar verməyə tələsmirəm. Çünki ürəyim “Neftçi”dədir. Uşaqlıqdan bu komandanın formasını geyinməyi arzulamışam. Ona görə də getmək istəmirəm”.
Bir müddət başqa komandada oynayıb yenidən “ağ-qaralar”ın düşərgəsinə qayıtmaq perspektivinə gəlincə, müdafiəçi heyətdə saxlanılacağı fikrindədir: “Ürəyimə damıb ki, komandada qalacam. Transferə çıxarılmağım gözlənilməz olmadı. Çünki heyətə düşə bilmirdim. Bunda zədələnməyimin də rolu az olmadı. Ümidimi itirməmişəm”.

0
0