“İnter”in futbolçusu üçün yeni rəqib
08.01.2011 - 12:30
“İnter”in futbolçusu üçün yeni rəqib
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlovun şərəfini qoruduğu Estoniya milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Baltikyanı ölkə yığması yoldaşlıq oyununu da orada keçirəcək. Estoniyalılar Bolqarıstan millisi ilə görüşdə qüvvəsini sınayacaq. Bu matç fevralın 9-da baş tutacaq.