Elxan Məmmədov “Anji”nin baş məşqçisi ilə görüşüb
08.01.2011 - 12:00
Elxan Məmmədov “Anji”nin baş məşqçisi ilə görüşüb
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin çalışdırıcısı səfər çərçivəsində AFFA-da olaraq qurum rəhbərliyi ilə də görüşüb. Belə ki, assosiasiyanın baş katibi Elxan Məmmədov Hacıyevi qəbul edərək onunla görüşüb. Görüş zamanı “Anji”də çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovla bağlı söhbət olub. Məmmədov baş məşqçinin futbolçumuz haqda fikirləri, 29 yaşlı yarımmüdafiəçinin oradakı durumu ilə maraqlanıb. Bundan başqa AFFA ilə “Anji” arasında əlaqələrin qurulması və daha da genişləndirilməsi də müzakirə olunub.