“Qarabağ” üçün “İC Santai”
08.01.2011 - 13:57
“Qarabağ” üçün “İC Santai”
Ağdamın “Qarabağ” klubu sabah Türkiyəyə yollanır. Apasport.az saytının məlumatına görə, ötən il dekabrın 23-dən sonra istirahətə yollanan komanda 2010/2011 mövsümünün ikinci yarısının hazırlıqlarına başlamaq üçün sabah bir araya gəlir. Səhər komanda bazaya toplaşacaq və təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq.

“Qarabağ” saat 13:00-da Bakı – İstanbul – Antalya reysiylə qonşu ölkəyə uçacaq. Ağdamlılar orada 5 ulduzlu “İC Santai” otelində məskunlaşacaq. Fevralın 5-inə kimi adı çəkilən məkanda çempionatın geridə qalan hissəsinin çalışmalarını yerinə yetirəcək “Qarabağ” yoldaşlıq görüşlərində də qüvvəsini sınayacaq.