Aleksandr Starkovu əvəzləyən tapıldı
08.01.2011 - 17:06
Aleksandr Starkovu əvəzləyən tapıldı
Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkovun xələfi məlum olub. Apasport.az saytının məlumatına görə, “Bakı” klubu ilə anlaşan latviyalı mütəxəssisi yığma ilə eyni vaxtda çalışdırdığı “Skonto”da Marian Pahar əvəzləyib. O, Riqa təmsilçisinin yeni baş məşqçisi təyin olunub. Bakılılara “hə” deyən kimi sabiq komandasından ayrılan Starkovun xələfi uzun illər sələfinin rəhbərliyi altında Latviya yığmasının şərəfini qoruyub.