Aleksandr Starkov Bakıda
09.01.2011 - 16:57
Aleksandr Starkov Bakıda
“Bakı” klubunda baş məşqçi postunu tutacağı gözlənilən Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkov yanvarın 8-də axşam saatlarında Bakıya gəlib. Lent.az-ın kluba yaxın mənbələrdən əldə etdiyi məlumata görə, 56 yaşlı mütəxəssisi “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov qarşılayıb.

Bu axşam Starkov klubun digər vitse-prezidenti Zeynal Məmmədov və prezident Hafiz Məmmədovla görüşəcək.

Qeyd edək ki, Aleksandr Starkov almaniyalı Vinfrid Şeferi əvəzləyəcək.