Azərbaycan futbolçular İtaliyanı məğlub etdilər
10.01.2011 - 09:19
Azərbaycan futbolçular İtaliyanı məğlub etdilər
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarışı 7-ci yerdə başa vurub.

Vəli Qasımovun yetirmələri turnirin son günündə İtaliya futbolçuları ilə görüşüblər. 7-8-ci yerlər uğrunda qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatsa da futbolçularımız penaltilər seriyasında üstün olublar – 5:3. Bunun sayəsində yığmamız sonuncu olmaqdan qurtula bilib.