“Hiss etmişdik ki, italiyalı futbolçular yorulub”
10.01.2011 - 09:34
“Hiss etmişdik ki, italiyalı futbolçular yorulub”
“Bu gün rəqibimizə nisbətən daha sürətli oynadıq. İtaliya yığmasının yorğunluğunu hiss etmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vəli Qasımov deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnir çərçivəsində sonuncu oyununda İtaliyanı penaltilər seriyasında məğlub edən yığmamızın çalışdırıcısı yetirmələrindən razı qalıb: “Futbolçularıma müdafiədən hücuma mümkün qədər sürətli keçməyi tapşırmışdım. Komanda bunun öhdəsindən, demək olar ki, gəldi. Turnirdə daha yüksək yerlər uğrunda oynaya bilərdik. Düşünürəm ki, buna bəxt amili də mane oldu”.

Qeyd edək ki, yığmamız yarışda çıxış edən 8 komanda arasında 7-ci olub.

Mənbə: affa.az