“Azərbaycanla oyunda heç bir problemlə üzləşməməliyik”
10.01.2011 - 11:29
“Bizim əsas məqsədimiz 2012-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya milli komandasının baş məşqçisi Venansio Lopes deyib.
O, qitə çempionatının Bakıda keçiriləcək seçmə oyunları haqda fikirlərini açıqlayıb: “Bakıda Azərbaycan, Qazaxıstan və ilkin mərhələdən gələn rəqiblə oynamalıyıq. Fevraldakı oyunlarda heç bir problemlə üzləşməməliyik. Bu səbəbdən də indi daha çox U-21 komandamız haqda düşünürük. Çümki onlar da bu il qitə çempionatında mübarizə aparacaqlar”.

0
0