“Xəzər Lənkəran” və “Muğan”ın iddia etdiyi futbolçu Türkiyədə
10.01.2011 - 12:23
MOİK klubunun sabiq futbolçusu Anar Qasımovun oynayacağı komanda dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi karyerasını “Xəzər Lənkəran”da davam etdirəcək. Anar artıq Lənkəran təmsilçisinin heyətində ilk təlim-məşq toplanışına yollanıb. Futbolçunun yeni komandası ilə Türkiyənin Antalya şəhərinə yollanması “Qasımov müəmması”na aydınlıq gətirib. Məsələ ondadır ki, neçə gündür ki, 2 klub – “Muğan” və “Xəzər Lənkəran” Anarla müqavilə bağladığını iddia edərək onu öz oyunçusu kimi qələmə verir. Yarımmüdafiəçinin klubu ilə Antalyaya yollanması isə hansı komandanın arzusuna çatdığını göstərir.
0
0