Yığmaya 15 oyunçu çağırıldı
10.01.2011 - 12:44
Yığmaya 15 oyunçu çağırıldı
Futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandanın baş məşqçisi Joze Alesio da Silva bu gün start götürən təlim-məşq toplanışına 15 futzalçı çağırıb. Bunlar Andrey Tveryakin, Vitali Borisov, Rizvan Fərzəliyev, Marat Salyanski, Namiq Məmmədkərimov, Felipe Ribeiro dos Santos, Elnur Qəmbərovu (hamısı “Araz”), Elnur Zamanov, Fərid Atakişiyev, Zaur Fərziyev (hər üçü “Ekol”), Rüfət Balakişiyev, Elvin Quliyev (hər ikisi “Neftçi”), Maşado Dos Santos, Luis Serjio Lukas (hər ikisi “Uraqan”, Ukrayna) və Tiaqo Rodriquesdir (“Yarmuk”, Küveyt).

3 gün Bakıda hazırlıq keçəcək milli komandamız daha sonra Belarusa səfər edəcək. Yanvarın 13-20-də Minskdə məşq edəcək futzalçılarımız toplanış çərçivəsində 2 yoldaşlıq matçı da keçirəcəklər. Yığmamız yanvarın 16-da və 18-də Belarus komandası ilə qarşılaşacaq.

Mənbə: affa.az