Əvvəl “Atırau”, sonra “Metallurq”
10.01.2011 - 13:42
Əvvəl “Atırau”, sonra “Metallurq”
Qış təlim-məşq toplanışına Türkiyəyə yollanan “Xəzər Lənkəran” artıq Antalyadadır. Apasport.az saytının məlumatına görə, komandanın legionerləri Milad və Yeni il bayramlarını öz vətənlərində ailələri ilə keçirdikləri üçün birbaşa Antalyaya gəlməlidirlər.

Yanvarın 26-dək qonşu ölkədə qalacaq “Xəzər Lənkəran” bir neçə yoldaşlıq oyunları keçirəcək. Bunlardan birincisi yanvarın 16-da Qazaxıstanın “Atırau” komandası ilə, digəri yanvarın 24-də Ukraynanın yüksək liqa təmsilçisi olan “Metallurq” (Zaporojye) klubu ilə olacaq. Bundan başqa lənkəranlıların Belçika və Rumıniyanın yüksək dəstsə təmsilçiləri ilə də qarşılaşması da gözlənilir.

Mənbə: lankaranfc.com