Naci Şensoy axtarışa çıxıb
10.01.2011 - 14:02
“Hazırlığımız yaxşı gedir. Heyətimizdə yer alan futbolçuların əksəriyyəti gənclərdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib.
Yanvarın 4-dən etibarən hazırlığa start verən Tovuz təmsilçisi məşqlərini gündə iki dəfə olmaqla davam etdirir. Hazırlıq prosesi barədə danışan türkiyəli mütəxəssis işlərin gedişindən razı qaldığını açıqlayıb: “Tez başlamağımızın səbəbi komandanı tanımağımla bağlı idi. İndi bu proses gedir. Məşqlərdə əsasən fiziki planda çalışırıq”.
Transfer çalışmalarına gəlincə, Şensoy bir qədər ehtiyatlı olmağın vacibliyini qabardıb. O, az sayda futbolçu transfer edəcəklərini deyib: “Transfer çalışmalarında diqqətli olmalıyıq. Bəli, baxışa futbolçular gəlir. “Turan” çox transfer etməyəcək. Keyfiyyətə diqqət yetirəcəyik. Çünki qabiliyyətli futbolçularımız var və onlara şans verəcəyik”.
Türkiyəli mütəxəssisin fikrincə, əcnəbi transferlərin uyğunlaşma problemi də olur: “5 il əvvəlki təcrübəmə əsasən deyə bilərəm ki, legionerlərin uyğunlaşması problem yaradır. Bakıya daha tez adaptasiya olurlar, amma rayonda problem yaşayırlar. Bunu təcrübəmə əsasən deyirəm”.
Buna baxmayaraq, Şensoy bu məsələnin həllinə də yaxındır: “Gürcüstan Tovuza yaxındır. Bu gün baxışa gələnlər də gürcü futbolçulardır. Onlar arasında seçim edəcəyik. Heyətimizi komplektləşdirib, Türkiyəyə hazır yollanacağıq. Orada hansısa futbolçunun komandamıza qoşulma ehtimalı çox aşağıdır”.
Qeyd edək ki, “Turan” yanvarın 15-də avtobusla Trabzona yollanacaq. Ertəsi gün isə əyalət təmsilçisi təlim-məşq toplanışı keçmək üçün təyyarə ilə Antalyaya gedəcək.

0
0