“Neftçi” – “Xəzər Lənkəran” oyunu final əhəmiyyəti kəsb edir”
10.01.2011 - 14:55
“Xəzər Lənkəran”a yalnız hazır oyunçular götürməliyik. Çünki mənim yenilərə nə isə öyrətməyə vaxtım yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında Premyer Liqanın 2011-ci ildəki ilk turunda baş tutacaq “Neftçi” ilə qarşılaşmasının vacibliyini vurğulayıb: “Fevralın 12-nə qədər çox az vaxtımız var. Həmin gün “Neftçi” ilə qarşılaşırıq. Bu matç final əhəmiyyəti kəsb edir. Ümid edirəm ki, mövsümü titulla bitirəcəyik”.

0
0