“Qəbələ” rəsmiləri “Arsenal”ın icraçı direktoru ilə görüşüb
10.01.2011 - 18:50
“Londona səfərim klubla bağlı idi. Bununla əlaqədar klubun nümayəndələri hələ də İngiltərənin paytaxtındadır. Onlar döndükdən sonra geniş açıqlama veriləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Bu günlərdə Londona səfər edən klub rəsmisi baş məşqçi Toni Adamsla birlikdə İngiltərə Premyer Liqası çərçivəsində keçirilən “Arsenal” – “Mançester Siti” oyununu izləyiblər. Bu matç qolsuz heç-heçə başa çatıb. London təmsilçisinin icraçı direktoru, eləcə də stadionun rəhbərliyi ilə görüşən “Qəbələ” rəsmisi bir sıra fikir mübadiləsi aparıb. Lakin səfərin təfərrüatı ilə bağlı görüşmələr başa çatdıqdan və klub nümayəndələri vətənə döndükdən sonra məlumat veriləcək.
Nəcəfov transfer çalışmaları barədə də danışıb: “Hələ bir yenilik yoxdur. Amma bu istiqamətdə çalışmalar davam edir. Toni Adamsın izlədiyi futbolçular da var, menecerlər tərəfindən təklif olunanlar da”.
Heyətdən gedənlərin olacağını istisna etməyən vitse-prezident ad açıqlamaq üçün baş məşqçinin dönüşünü gözləməyi məsləhət bilib: “Adams 2-3 günə geri dönəcək. O gəldikdən sonra komandadan ayrılacaq futbolçuların adları açıqlanacaq”.

0
0