“Xəzər Lənkəran” 11 futbolçu ilə başladı
10.01.2011 - 20:36
“Xəzər Lənkəran”  11 futbolçu ilə başladı
Türkiyəyə təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran” klubu bu gün Antalyada ilk məşqinə çıxıb. Cənub təmsilçisi yerli vaxtla saat 15:30-da məşqçi Hafiz Əliyevin rəhbərliyi altında hazırlıqlara başlayıb.

Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının xəbərinə görə, 1 saatadək davam edən məşqə 11 futbolçu – Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Alim Qurbanov, Ruslan Poladov, Tural Cəlilov, yeni transferlərdən Elnur Abdullayev, Anar Qasımov, Şəhriyar Xəlilov, albaniyalı legioner Elvin Beçiri və əvəzedici heyətdən Fikrət Ulduzlu qatılıb.

Baş məşqçi Mirça Rednik isə vətəni Rumıniyadan bu gün gecə gələcək. Onun özü ilə 3-4 futbolçu ilə gətirəcəyi gözlənilir. Digər legionerlər də sabahdan komanda ilə birgə hazırlıqlara başlayacaq.