Nihat Kahveçi: Azərbaycan klubunda oynamağım mümkündür
11.01.2011 - 00:03
“Azərbaycanlı jurnalistləri burda görmək xoşdur. Amma təəssüf ki, sizə geniş müsahibə verə bilmərəm. Gərək, klub rəhbərliyindən icazə alasınız. Bizə müsahibə vermək qadağan edilib”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyə yığmasının və “Beşiktaş” klubunun hücumçusu Nihat Kahveçi deyib.
Antalyada təlim-məşq toplanışında olan İstanbul təmsilçisi “Xəzər Lənkəran” kimi “Gloria Serenty” otelində məskunlaşıb. Komandasının axşam məşqindən sonra oteldə əməkdaşımızla qısa söhbətində Nihat bildirib ki, Azərbaycan futbolundan az-çox məlumata malikdir: “Azərbaycan klublarından “Xəzər Lənkəran”ı yaxşı tanıyıram. Çünki bu klubla yoldaşlıq oyunu keçirmişik. Oqtay Dərəlioğlunun vida matçında qarşılaşmışıq. Həmin oyunda böyük hesablı qələbə qazandıq. Bundan başqa, ötən ilin oktyabrında Türkiyə yığmasının heyətində Bakıda Azərbaycanla qarşılaşdıq. Təəssüf ki, həmin oyun bizim üçün çox uğursuz alındı. Həmyerlimiz Rasim Kara və Bülənt Korxmazın ölkənizdə işləməsindən xəbərim var”.
Əməkdaşımızın “Adətən tanınmış futbolçular karyerasının sonlarını futbolu inkişaf etməkdə olan ölkələrdə davam etdirir. Təklif olarsa, Azərbaycan klublarında oynayarsınızmı” sualına isə Nihat belə cavab verib: “Mənim hələlik “Beşiktaş”la müqaviləm var. Gələcəkdə isə hər şey mümkündür. Buna görə də, karyeramı ölkənizdə davam etdirməyimi istisna etmirəm. Gələcəkdə hər şey ola bilər”.

0
0