Mehriban olaq...
11.01.2011 - 00:06
Ötən gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında bir canlanma vardı. Azərbaycan çempionluğa ən real namizəd olan 2 komanda – “Neftçi” ilə “Xəzər Lənkəran” saat 05:25-də havaya qalxacaq Bakı – İstanbul reysini gözləyirdilər.
Barışmaz rəqiblər düz Antalyaya qədər təxminən 5-6 saat yoldaş olmalı idilər. Komandaların nümayəndə heyətlərinin geniş olması həm Bakı – İstanbul, həm də İstanbul – Antalya hava reysində uçan təyyarələrdəki sərnişinlər arasında diqqət çəkirdi.
“Böyük oyun”un iştirakçıları “Yerdə rəqib, göydə yoldaş” prinsipini hələ havaya qalxmamış nümayiş etdirdilər.
“Neftçi” ilə “Xəzər Lənkəran”ın oyunları nə qədər gərgin keçsə, insidentlərlə də yadda qalsa da, səfərdə mehribançılıq hökm sürürdü. Xüsusilə, futbolçular arasında belə atmosferi, bir masa arxasında iki komandanın oyunçularını mehribancasına söhbətləşərək, görmək xoş idi. “Xəzər Lənkəran”ın kapitanı, yığmamızın da əsas qapıçısı olan Kamran Ağayev stol arxasında əyləşdikdən sonra öz duzlu-məzəli söhbətləri ilə ətrafındakıların əhval-ruhiyyəsini yüksəldirdi.
“Neftçi”nin braziliyalı futbolçu “trio”su – Denis Silva, Alessandro Vyana da Silva və Flavinyo isə nəinki birgə dolaşır, digərlərindən fərqli, səhər tezdən təkcə çayla kifayətlənmədilər. Onlar hələ hava işıqlanmamış elə hava limanının kafesində səhər yeməyini etdilər. Yeri gəlmişkən, ölkəmizdə ilk klubu “Xəzər Lənkəran” olan Denis keçmiş komanda yoldaşları ilə səmimi görüşürdü.
“Neftçi”dən fərqli, “Xəəzr Lənkəran”ın nümayəndə heyəti azlığı ilə diqqət çəkirdi. Hər halda, komandanın rumıniyalı baş məşqçisi Mirça Rednik və legionerlər vətənlərindən Antalyaya gələrək, komandaya qoşulacaqdılar. Lənkəranlılar qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin rəhbərliyi altında səfərə çıxdılar. Legionerlərdən isə yalnız albaniyalı Elvin Beçiri Bakıdan komanda ilə birgə gedirdi. O, klubla bağlı işlərlə əlaqədar paytaxtımıza gələrək, buradan “Xəzər Lənkəran”a qoşuldu.
“Neftçi”də isə legionerlərdən yalnız makedoniyalılar – İqor Mitrevski ilə Slavço Georgiyevski və türkiyəli yeni məşqçi Mehmet Ak Antalyada komandanı gözləyirdi. Litvalı qapıçı Paulius Qribauskasla özbək hücumçu Bahodir Nasimovun ilk toplanışda iştirak etməyəcəyi məlum idi. “Neftçi”dən fərqli, “Xəzər Lənkəran”da qış fasiləsində yeni transferlər edilmişdi və Elnur Abdullayev, Anar Qasımov, Şəhriyar Xəlilov yeni komandaları ilə ilk dəfə səfərə çıxırdılar.
İstanbula uçan təyyarə 25 dəqiqə yubanma ilə havaya qalxdı. Komanda üzvləri növbəti yubanma ilə Antalya hava limanında üzləşdilər. Həmin vaxt baqajların gəlməsi üçün bir xeyli gözləməli olduq. Burada təkcə komandaların yox, apasport.az saytının əməkdaşlarının da yolları ayrılırdı. Bəndəniz “Neftçi” ilə “Titanik”, saytımızın rəhbəri İxtiyar Əsgərov isə “Xəzər Lənkəran”la “Qloriya” otelinə yollanırdı.
Bəli, Azərbaycanın iki ən nəhəng klubu qış fasiləsində hazırlığa eyni gündə, eyni reyslə səfərə çıxmaqla başladılar. “Neftçi” yanvarın 20-də vətənə dönüb, sonradan yenidən Antalyaya, ancaq bu dəfə “Mardan Palace”yə üz tutacaqsa, “Xəzər Lənkəran”ın hazırkı toplanışı yanvarın 26-dək davam edəcək. Fevralın 13-də isə onları Tofiq Bəhramov adına Respublika stadionunda görüş gözləyir. Bu, Premyer Liqamızın XX turunda çox vacib oyundur və “Neftçi” 1 xal qabaqladığı “Xəzər Lənkəran”ı qonaq edəcək. Komandaların ölkə kubokunun 14 final mərhələsində də rəqib olduğunu, martda görüşəcəyini nəzərə alsaq, qısa müddətdə üç dəfə görüşməli olacaqlar. Onda komandalar yenə meydanda barışmaz rəqiblər olacaqlar. Bu, futboldur və hər komanda güclü olduğunu sübut etmək istədiyindən, mübarizə vacib şərtdir.
Ancaq arzu edərdik ki, hər mübarizə idman prinsipləri şəraitində keçsin və güclü olan qalib gəlsin. Yol yoldaşlığındakı mehribanlığa isə oyun bitəndən sonra da şahid olaq. Azərbaycanın məşhur mahnısında deyildiyi kimi, “Mehriban olaq”. Bizə isə bu sözləri əlavə etmək qalır – həmişə belə olaq!
Mehman SÜLEYMANOV
Bakı–İstanbul-Antalya

0
0