Erhan Güvən: Nişanlım Azərbaycanda tanınmış simadır
11.01.2011 - 00:13
Erhan Güvən: Nişanlım Azərbaycanda tanınmış simadır
“Azərbaycandan 2 həftə öncə qayıtmışam. Bakı çox gözəl şəhərdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Beşiktaş” klubunun futbolçusu Erhan Güvən deyib.

Təxminən 2 il əvvəl Azərbaycan klublarının, konkret “Bakı”nın maraq dairəsində olan türk 29 yaşlı futbolçu ölkəmizə səfərinin məqsədini də açıqlayıb: “Yox, hansısa komandadan dəvət almamışam. Sadəcə, sevdiyim qız sizin həmyerlinizdir. Bakıda yaşayır”.

Nişanlısının idmançı olmadığını söyləyən Güvən bildirib ki, yaxın zamanlarda toy da olacaq: “İstəməzdim adını çəkim. Amma nişanlım Azərbaycanda tanınmış simadır”.