“Qızıl top” yenə Messinin...
11.01.2011 - 02:55
2010-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Fransanın nüfuzlu “France Football” qəzetinin keçirdiyi sorğuda hamını qabaqlayan Argentina yığmasının və “Barselona” klubunun hücumçusu Lionel Messi “Qızıl top” mükafatını qazanıb.
Messinin əsas rəqibləri Kataloniya təmsilçisində komanda yoldaşları Xavi və İniyesta idi.
“Mən bu mükafatı qazanacağımı gözləmirdim” – bunu təltifetmə mərasimindən sonra Messi deyib. O bildirib ki, “Qızıl top” mükafatını Xavi və İniyestanın qazanacağını gözləyirmiş: “Düşünürdüm ki, bu mükafat Xavi və İniyestaya qismət olacaq. Bizim uğurlarımızda komanda oyununun böyük rolu var. Mükafatı da komanda yoldaşlarımın əməyi sayəsində qazandım. Onlarsız bu uğuru qazanmaq olmazdı. Bu görə ailəmə və Argentina xalqına minnətdaram”.
İlin məşqçisi adını isə “Real”ın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo sahib çıxıb.
Qeyd edək ki, Messi 2009-cu ildə də “Qızıl top”u qazanmışdı.

0
0