Rəşad Sadıqov Mertezakerlə Frinqsdən də üstün oldu
11.01.2011 - 11:12
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubunda keçirdiyi növbəti oyunda özünü yaxşı tərəfdən göstərib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçimiz Almaniyanın məşhur “Verder” klubu ilə qarşılaşmada 25 dəqiqə oynasa da türk həmkarlarımızın diqqətini çəkib.
Belə ki, qonşu ölkə mətbuatı rəsmi matçlarda olduğu kimi yoxlama görüşündə də futbolçuların oyununa qiymət verib. Həmkarlarımız 3:1 hesabı ilə qalib gələn “Əskişəhərspor”un üzvlərinə 8-dən 5-ə qədər dəyərləndirib. Yalnız 4 nəfərin 8-ə layiq görüldüyü qarşılaşmada həmyerlimiz 7 alıb. Sadıqov bu qiymətlə “Verder”in bütün oyunçularını qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, bremenlilərin ulduzlarından Torsten Frinqs 6, Per Mertezaker 5, Tim Vize 4, Marko Marin 6 qiymətinə layiq görülüb.

0
0