“Məqsədim Premyer Liqada ən yaxşılardan biri olub, milliyə kömək etməkdir” - MÜSAHİBƏ
11.01.2011 - 12:08
“Bakı”nın və milli komandamızın hücumçusu Vaqif Cavadov Antalya toplanışı öncəsi klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Cavadov Premyer Liqada yaranan qış fasiləsi zamanı istirahətindən, milli komandanın Dubay toplanışından və şəxsi həyatı barədə danışıb.
- Yeni ili necə qarşıladınız?
- Yeni ili evimizdə ailəmlə birlikdə keçirdim. 2011-ci ildə bütün idmançılara yeni-yeni uğurlar, özümə isə zədəsiz mövsüm arzu edirəm.
- Qış tətiliniz necə keçdi?
- İstirahətim ürəyimcə oldu. Bir neçə yaxın dostumla Gürcüstanın paytaxtı Tiflisə səfər etdim. Tətildə olduğum müddətdə dincəlməklə bərabər, hər gün məşq etməyi də unutmurdum.
- Milli komandamızın Dubay toplanışı futbolçulara nə verəcək?
- Milli komandamızın Dubay toplanışı xüsusi önəm daşıyır, çünki martdan oyunlarımız başlayır. Millinin üzvləri nə qədər birlikdə çox olsalar, bu komanda üçün yaxşıdır. Toplanışın mənə və uşaqlara xeyirli olacağına inanıram.
- “Bakı” yanvarın 15-dən etibarən 21 gün ərzində Antalyada təlim-məşq toplanışı keçirəcək...
- Antalya toplanışının komandamız üçün xeyrli olacağını düşünürəm. İnanıram ki, yaxşı hazırlaşıb bu il uğurlu çıxış edəcəyik. Ötən il heyətə düşməklə bağlı problemlər yaşadım. Bu il əlimdən gələni edəcəyəm ki, əsas heyətdən kənarda qalmayım.
Mən Azərbaycana qayıdanda demişdim ki, “Bakı”ya ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Əsas məqsədim Premyer Liqada ən yaxşılardan biri olub, milliyə kömək etməkdir. Bunu sübut edəcəyəm.

0
0