Martaya Azərbaycandan dəstək
11.01.2011 - 12:27
Martaya Azərbaycandan dəstək
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt və kapitanı Anina Heydərova düzgün seçim ediblər. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz FİFA-nın sorğusunda iştirak edərək planetin ən güclü xanım futbolçusunu düzgün müəyyənləşdiriblər.

Həm almaniyalı mütəxəssis, həm də onun gənc yetirməsi öz seçimlərində I yeri braziliyalı Martaya verilib. Cənubi amerikalı sonda hamıdan da yaxşı olmaqla 5-ci dəfə planetin I oyunçusu adını qazanıb. Rayt və Heydərova II yeri ingiltərəli Kelli Smit, III pilləni isə almaniyalı Fatmira Bayramaya veriblər. Lakin eyni səs verən təmsilçilərimiz burada cüzi yanlışlığa yol veriblər. Belə ki, Fatmira sonda III yox, II olub. II yeri isə an qadin futbolunun əfsanəsi alman Birqit Prins tutub.

Anina ən yaxşı qadın məşqçisi seçimində də iştirak edib. O, I yeri Hope Pauell (İngiltərə), II yeri Silviya Neyd (Almaniya), III yeri Beatris fon Siebentala (İsveçrə) verib. Qadınlar arassında ən yaxşı adını isə Neyd qazanıb. O, Maren Meynert (Almaniya U-20) və Pia Sundheyci (İsveç) arxada qoyub.