Azərbaycan – “Metallist” oyununun tarixi dəqiqləşdi
11.01.2011 - 12:45
Azərbaycan milli komandasının Ukraynanın “Metallist” klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək təlim-məşq toplanışı zamanı baş tutacaq qarşılaşmanın tarixini Xarkov təmsilçisinin baş məşqçisi Miron Markeviç açıqlayıb. O, bildirib ki, Berti Foqtsun yetirmələri ilə “Metallist”in oyunu fevralın 2-də keçiriləcək.
Qeyd edək ki, yanvarın 27-dən fevralın 10-dək Ərəbistan yarımadasında olacaq milli komandamız fevralın 9-da Macarıstan yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 27-dən fevralın 10-dək Ərəbistan yarımadasında olacaq milli komandamız fevralın 9-da Macarıstan yığması ilə qarşılaşacaq.
0
0