Yığmamızın yolunu açdığı məşqçi Qana millisində
11.01.2011 - 13:14
Qana milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisini serbiyalı mütəxəssis Qoran Stevanoviç çalışdıracaq. O, bu postda yerli federasiya ilə müqavilənin şərtlərində razılaşmayan həmyerlisi Milan Rayevatsı əvəzləyib.
Qanalılarla 4 illik anlaşan serbiyalının son iş yeri Belqradın “Partizan” klubu idi. Stevanoviçin yığma karyerası isə Serbiya və Çernoqoriya millisi ilə bağlıdır. O, 2003-2006-cı illərdə komandaya rəhbərlik edən İliya Petkoviçin köməkçilərindən olub. Onların iş başına gəlməsində isə Azərbaycan milli komandasının böyük rolu olub.
Belə ki, səfərdə də uduzmadığı (2:2) rəqibini 2:1 hesabı ilə məğlub edən yığmamız serbiya və çernoqoriyalıların baş məşqçisi Deyan Saviçeviçi istefasına səbəb olmuşdu. Məhz onu əvəzləyən Petkoviç Stefanoviçi də komandasına cəlb etmişdi.

0
0