“Bakı” “Şaxtyor”la qarşılaşacaq
11.01.2011 - 13:36
“Bakı” “Şaxtyor”la qarşılaşacaq
“Bakı” klubunun Türkiyə toplanışındakı rəqiblərinin adı və keçirəcəyi görüşlərin tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 15-də Antalya bölgəsinə yollanacaq paytaxt təmsilçisi ilk yoxlama görüşünə 7 gün sonra çıxacaq.

Yanvarın 22-də baş tutacaq qarşılaşmada Vinferd Şeferin yetirmələri Qazaxıstanın “Şaxtyor” (Karaqanda) klubu ilə münasibətlərinə aydınlıq gətirəcəklər. “Bakı” bu görüşdən 4 gün sonra Ukraynanın yüksək dəstəsində mübarizə aparan “Metallurq” (Zaporojye) komandası ilə qüvvəsini sınayacaq. Həmin oyun yanvarın 26-da “Su sesi” otelinin stadionunda baş tutacaq.

Paytaxt təmsilçisinin hazırlıq çərçivəsində sonuncu matçı yanvarın 31-də təşkil ediləcək. Bu dəfə “zolaqlılar”ın rəqibi Bosniya və Herseqovinanın “Selik” klubu olacaq.

Xatırladaq ki, yanvarın 15-də Antalyaya yollanacaq “Bakı” burada 3 həftəlik təlim-məşq toplanışı keçəcək.

Mənbə: fcbaku.com